Yuxarı

Kəlbəcərdəki abidələr Azərbaycanın sərvətidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəlbəcərdəki abidələr Azərbaycanın sərvətidir

İspaniyanın böyük oxuyucu kütləsinə malik “Patrimonio Actual” internet portalında Azərbaycanın noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonu barədə məqalə dərc olunub.

Axar.az xəbər verir ki, yazıda Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətinə istinad olunur. Bildirilir ki, Kəlbəcər Azərbaycanın qədim torpağıdır və ərazisinə görə Azərbaycan Respublikasının ən böyük rayonlarından biridir.

Xüsusi olaraq vurğulanır ki, Kəlbəcərdəki tarixi abidələr - həm məscidlər, həm kilsələr Azərbaycanın böyük sərvətidir.

Diqqətə çatdırılır ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına məxsusdur və bu fakt öz təsdiqini tarixi sənədlərdə tapıb.

Eyni zamanda, qeyd olunur ki, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.

Prezident İlham Əliyevin çıxışına istinadən bildirilir ki, Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq Ermənistanın başlıca məqsədi idi, lakin Azərbaycan Ermənistanın bu məkrli planının qarşısını aldı. Azərbaycanda qədim Qafqaz Albaniyanın tarixinin, mədəni irsinin öyrənilməsi və tədqiqi üçün kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır.

Tarix
2020.12.01 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla