Yuxarı

Güllə atılırdı, əsgər başını əymədən hücuma keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güllə atılırdı, əsgər başını əymədən hücuma keçirdi - Video

16:23

Azərbaycan əsgərləri döyüşlər zamanı ölümə üzüaçıq, gülərüz gedirdilər.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu ikinci Qarabağ müharibəsi qazisi mayor Elnur İsayev deyib.

1993-cü ildə Ali Hərbi Məktəbə qəbul olan E.İsayev bu təhsil müəssisəsini bitirdikdən sonra 2014-cü ilədək hərbi xidmətdə olub:

“Hərbi xidmətdən tərxis olunduqdan sonra orta məktəbdə hərbi müəllim işlədim. Müharibə başlayanda Vətən çağırdığı üçün getdim. Füzuli istiqamətində olan alınmaz qala oktyabrın 18-də kəşfiyyat bölüyümüz tərəfindən ermənilərdən alındı və əmr edildi ki, növbəti istiqamət üzrə hərəkət edək. Elə vəziyyət yarandı ki, 100 nəfər erməni hərbçisi ilə üz-üzə qaldıq. Düşmən bizi gördü və mina atmağa, snayperlərlə atəşə tutmağa başladı. Mən həmin döyüşdə Azərbaycan əsgərinin çox igid olduğunu bir daha gördüm. Güllə atılırdı, o, əsgərin yanından keçirdi, deyirdim ki, başınızı əyin. Amma əsgərlərimiz başını əymədən yenidən düşmənin üzərinə gedirdilər. Onlar ölümə üzüaçıq, gülərüz gedirdilər”.

E.İsayev həmin döyüşlərdə düşmənin atdığı mina nəticəsində ayağından yaralansa da, döyüşə davam etməyə çalışıb:

“Amma çoxlu qan itirdiyim üçün taqətim qalmamışdı. Bölüyə xəbər edəndən sonra məni güllə altında 10 km sürüyərək ərazidən çıxardılar və hospitala çatdırdılar. Əslində, mən o vəziyyətimə görə ölməli idim. Amma həkimlərimizin sayəsində həyata qayıtdım. Əsgərlərimiz kimi həkimlərimiz də şanlı döyüş yolu keçdilər”.

Tarix
2020.12.04 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla