Yuxarı

Əsir düşən ailənin dəhşətli taleyi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsir düşən ailənin dəhşətli taleyi - Video

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ötən əsrin 90-cı illərində Ermənistan-Azərbaycan münaqişəsi zamanı əsir və itgin düşmüş, girov götürülmüş şəxslərlə bağlı layihəsi çərçivəsində daha bir ailənin harayını dünyaya duyurmağa çalışır.

Axar.az xəbər verir ki, təqdim olunan bu reportajda Xocalı soyqırımı zamanı itkin düşmüş Adilə Səlimova, Elnur Hüseynov və onun bacısı Rəsmiyyə Hüseynovanın ağrılı taleyindən, onların bu gün də yolunu gözləyən böyük bir nəslin iztirablarından bəhs olunur.

"Qeyd edirik ki, bu layihəni həyata keçirməkdə məqsədimiz 4 minə yaxın əsir və itgin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin müraciətlərini beynəlxalq təşkilatlara video reportajlar formasında təqdim etməkdir.

Aydın məsələdir ki, Ermənistan 30 ilə yaxındır ki, əsir, girov və itgin düşmüş şəxslərlə bağlı beynəlxalq konvensiyaların tələblərini pozaraq əsirlikdə olan soydaşlarımızın ailə üzvlərinin müraciətlərinə etinasız yanaşıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq hesab edirik ki, 26 ildən sonra döyüş meydanında düşmən üzərində zəfər qazanaraq torpaqlarını azad edən qalib Azərbaycan qarşısında məğlub Ermənistan bütün suallara aydınlıq gətirməyə məcburdur. Xalqımıza qarşı misilsiz cinayətlər həyata keçirən Ermənistanın hakim dairələrinin sabiq və indiki nümayəndələri müttəhimlər kürsüsündə həm də əsir və gorov götürülmüş, itgin düşmüş soydaşlarımıza qarşı törətdikləri qeyri-insani davranışlarına görə cavab verəcəklər", - təqdimatda bildirilib.

Tarix
2020.12.05 / 01:56
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla