Yuxarı

Külli miqdarda partlayıcı aşkar edildi - Gömrük

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Külli miqdarda partlayıcı aşkar edildi - Gömrük

Son zamanlar, xüsusilə bayram günləri öncəsi bəzi üzdəniraq işbazlar mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə pirotexniki və tezalışan mallar gətirirlər.

"Axar.az" Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən bildirir ki, Respublikamızın gömrük orqanları bu kimi halların qarşısını almaq məqsədilə mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirir.

Daha bir fakt Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Əldə olunmuş əməliyyat məlumatı əsasında "İpək Yolu" Terminalında Gvasalıa Revaz Mixayloviçin idarə etdiyi "SCANİA" markalı IAI 831/QZ 821 dövlət nömrə nişanlı avtomobilin üzərində Çin Xalq Respublikasından daxil olmuş konteynerə gömrük baxışı həyata keçirilərkən Yük Gömrük Bəyannaməsində qeyd edilən oyuncaq yükündən əlavə, bəyan edilməmiş 87540 ədəd müxtəlif adda fişənglər, 40000 ədəd partlayıcı pitarda və pirotexnik məmulatları aşkar edilərək götürülüb.

Bu kimi halların qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2013.12.26 / 16:54
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla