Yuxarı

Yeni qanun: korona xəstələri bu halda həbs edilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni qanun: korona xəstələri bu halda həbs edilə bilər

Hazırda yoluxma sayının yüksək olması və ölkə xəstəxanalarında kifayət qədər yerin olmaması səbəbindən bir çox xəstələr evdə müalicə alır. Bu xəstələr bilməlidir ki, onlar haqqında məlumatlar TƏBİB-in elektron mərkəzində var. Aktiv koronavirus xəstəsi yaşayış ərazisini tərk edərsə, dərhal aşkar edilir və həm cərimə, həm də azadlıqdan məhrumedilmə cəzası ilə cəzalandırıla bilər.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov evdən müalicə alan aktiv koronavirus xəstələrinin yaşayış yerini tərk edəcəyi təqdirdə üzləşə biləcəyi hüquqi cəza tədbirləri haqda danışarkən deyib.

O bildirib ki, dünən Milli Məclisin iclasında pandemiya ilə bağlı tətbiq edilən cərimələr və cəza tədbirlərində bir sıra hüquqi dəyişikliklər qəbul edilib:

“Son zamanlar ölkəmizdə koronavirus pandemiyasına yoluxanların sayında yaşanan kəskin artımla əlaqədar olaraq cərimələrin miqdarı artırıldı. Xüsusilə bunu qeyd etmək lazımdır ki, karantin qaydalarının pozulması həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Müvafiq olaraq İnzibati Xətalar Məcələsinin 211-ci maddəsində fiziki və hüquqi şəxslər, eyni zamanda vəzifəli şəxslər üçün bir sıra sanksiyalar nəzərdə tutulub. Cinayət Məcəlləsinin 139.1-ci maddəsinə isə əlavələr edilib.

Yeni dəyişikliyə görə, cəza hissəsi artırılıb. Təbii ki, burada ən mühüm məsələlərdən biri cinayət işi ilə əlaqədar olaraq 139-cu maddənin sanksiya hissəsində göstərilən “insan ölümünə və ya digər ağır nəticələrə səbəb olma” halıdır. Yəni əgər koronavirusa yoluxmuş şəxs digər şəxsləri xəstəliyə yoluxdurarsa və ya ölümünə səbəb olarsa, bu, həm cərimə ilə, həm də azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır. Hesab edirəm ki, Milli Məclisin bu istiqamətdə son dəyişiklikləri adekvatdır. İnsanlar daha diqqətli olmalıdır”.

Tarix
2020.12.20 / 09:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla