Yuxarı

Koronavirusu bu şüalarla məhv edək - Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusu bu şüalarla məhv edək - Həkim

Bütün liftlərdə, apteklərdə, marketlərdə və digər qapalı məkanlarda, hətta COVİD-19 xəstələri olan evlərdə, COVİD-19 xəstəxanalarında ultrabənövşəyi şüalar saçan lampalar quraşdırılsa, yaxşı olar. Çünki ultrabənövşəyi şüalar havada və səthlərdə olan koronavirusları və digər zərərli mikroorqanizmləri bir neçə saniyəyə məhv edir.

Axar.az xəbər verir ki, bunu radioloq həkim Aydın Əliyev qeyd edib. O bildirib ki, sözügedən lampalar bu məkanlarda gün ərzində 3-4 dəfə təqribən 5-10 dəqiqə ərzində, liftlərdə isə daimi istifadə edilsə, məqsədəuyğun olar.

A.Əliyev korona peyvəndinin ölkəyə tez gətirilməsinin və hər kəsə tez bir zamanda peyvənd vurulmasının lazım olduğunu bildirib:

“Peyvənddən sonra normal - əvvəlki həyatımıza dönə bilərik. Peyvənd barədə deyilən neqativ fikirlərə əhəmiyyət verməyin. Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir”.

Həkim rəsmi statistik məlumatlarda yoluxma sayının azalmasına görə arxayın olmamağı da məsləhət görüb:

“Rəsmi statistika bizi aldatmamalıdır. Xəstə sayı əslində daha çoxdur. Testi pozitiv olub evdən çıxanlara cinayət işi açıldığına görə bir çox insan qorxusundan test analizi vermir”.

Tarix
2020.12.27 / 09:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla