Yuxarı

Qonşuda iki azərbaycanlı qəzada öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-də azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Qaracalar kəndində baş vermiş yol-qəzası nəticəsində iki nəfər soydaşımız dünyasını dəyişib və bir nəfər xəsarət alıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Toyota" və "Opel" markalı avtomobillər Qaracalar kəndindən 30-35 kilometr aralıda, Balto kəndi yaxınlığında toqquşub.

Məlumata görə, "Opel" markalı avtomobilin sürücüsü olan Mamuka Kamal oğlu və 20-21 yaşlarında olan sərnişin Əhməd Əsgərov hadisə yerində keçiniblər. Hadisə zamanı yaralanan daha bir sərnişin 28 yaşlı Nadir Şirxan oğlu Saqareco rayon xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Hadisə yerinə polis və təcili yardım maşını gəlib. Hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası araşdırma aparır. İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Tarix
2015.05.22 / 01:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla