Yuxarı

Hüseyn Bağırov bayramını qeyd edir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramıdır.

ETSN-in kollektivi bu münasibətlə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad edib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, tədbiri nazir Hüseyn Bağırov açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərin və layihələrin müvəffəqiyyətlə davam etdirildiyini bildirib, yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr və perspektiv planlar barədə məlumat verib.

Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub saxlanılması, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə fərqlənən əməkdaşları ETSN-in fəxri fərmanları ilə təltif edib.

Sonda nazirliyinin kollektivi adından dövlətimizin başçısına müraciət qəbul olunub.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixli Sərəncamı ilə hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Tarix
2015.05.22 / 13:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla