Yuxarı

Rusiyadan 2 azərbaycanlı ekstradisiya edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan 2 azərbaycanlı ekstradisiya edildi

Rusiyadan 2 nəfər şəxs Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tərəfimizdən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə sorğular edilib.

Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Hüseynov Sadiq Telman oğlunun 2012-2013-cü illər ərzində Şamaxı şəhərində digər şəxslərlə əlbir olaraq 2 şəxsi öldürməyə cəhd etməsinə, Şamaxı şəhərində oğurluq və xuliqanlıq cinayətlərini törətməsinə və həmçinin 26.03.2013-cü il tarixdə istintaq təcridxanasında saxlanıldığı zaman qadağan olunmuş əşya olan mobil telefondan istifadə etməsinə; Yasamal Rayon Polis İdarəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Məmmədov Əhməd İbrahim oğlunun - 2014-cü il ərzində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Sadiq Hüseynov və Əhməd Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya olunublar.

Tarix
2021.01.27 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla