Yuxarı

İki evdən 21 min manatlıq oğurluq edən şəxs - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki evdən 21 min manatlıq oğurluq edən şəxs - Video

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən talama cinayətlərinə qarşı çevik və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsi ərazisində 2 evdən ümumilikdə 8 515 manat və 12 655 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də mobil telefon oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən əvvəllər Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.

T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun Saray qəsəbəsində 10-dan artıq evdən müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını oğurlaması sübuta yetirilib.

Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Tarix
2021.01.28 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla