Yuxarı

Bu avtomobillərin Bakıya girişi qadağandır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-dən etibarən rayon qeydiyyatı olan avtomobillərin paytaxta girişinə qadağa qoyulacaq. Amma nəzərə almaq lazımdır ki, paytaxtın kənd təsərrüfatı məhsullarına təminatının böyük əksəriyyəti məhz rayonların payına düşür. Bəs görəsən, bu qadağa həmin məhsulları daşıyan avtomobillərə necə tətbiq olunacaq?

Rayonlardan gələn və kənd təsərrüfatı məhsullarını daşıyan avtomobillərin paytaxta giriş zamanı çətinliklər olmayacaq. Kənd təsərrüfatı Naziri Heydər Əsədov jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Aqrar məhsulları daşıyan yük maşınları axşam saat 22-00-dan səhər saat 07-00a qədər şəhərdə hərəkət edə biləcəklər. Bu isə o deməkdir ki, meyvə-tərəvəzlər bu zaman kəsiyində bazarlara aparılacaq.

Aqrar məhsullar yük maşınları ilə yanaşı müxtəlif minik maşınları vasitəsilə də daşına bilər. Şəhərə giriş zamanı bu amil də nəzərə alınıb. Musavat.com xəbər verir ki, Baş Dövlət yol polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin sözlərinə görə, rayon qeydiyyatında olan və aqrar məhsullar gətirən minik maşınlarına da paytaxta daxil olmasına icazə veriləcək.

Paytaxta daxil olandan sonra həmin maşınlar vasitəsilə məhsulların bazarlara aparılmasına da qadağa qoyula bilməz. Bir şərtlə ki, yükdaşıma qaydalarına əməl edilsin.

Əgər yükdaşıma qaydalarına əməl etməyən minik maşınları aşkar edilsə, bu zaman onlar nəzərdə tutlan qaydada cərimələnəcək.

Tarix
2015.05.29 / 23:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla