Yuxarı

Paytaxtın əsas yolu açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təmirlə əlaqədar bir müddətdir bağlı olan əsas yollardan biri bu gün açılacaq.

"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də aparılan əsaslı təmir-tikinti işləri yekunlaşmaq üzrədir.

Bəxtiyar Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan eni 10 metr, uzunluğu 300 metr olan hissəsində 1 min kvadrat metrlik hissədə əsaslı, 2 min kvadrat metrlik sahədə isə orta təmir işləri aparılıb. Bundan başqa küçə boyu 600 paqon-metr yeni səki daşı qoyulub. Sözügedən yolun uzunluğu 300 metr, eni isə 10 metrdir.

Təmir-tikinti işləri aparılan ərazidə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yerində yeni yol yatağı salınıb. Ümumilikdə 3 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənir. Artıq yolda aparılan yeni asfalt-beton örtüyünün üst, aşınma qatının döşənməsi işləri də yekunlaşmaq üzrədir. İşlərin bu gün yekunlaşdırılması planlaşdırılır. Sabahdan etibarən isə Bəxtiyar Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan hissəsi tam olaraq sürücülərin ixtiyarına veriləcək.

Artıq bir müddətdir küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 520 metrlik hissəsi əsaslı təmir olunaraq sürücülərin ixtiyarına verilib.

Tarix
2015.05.30 / 10:25
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla