Yuxarı

Ən ucuz məhsullar hansı bazarlarda satılır? - Qiymətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən ucuz məhsullar hansı bazarlarda satılır? - Qiymətlər

Həftəsonu yarmarkasında məhsul bolluğu yaşanır. Yarmarkada qiymətlər də müxtəlifdir.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın 3 nöqtəsində fəaliyyət göstərən "Kənddən şəhərə" yarmarkasında kartofun 1 kiloqramı 80 qəpiyə, soğanın 1 kiloqramı 90 qəpiyə, Salyan pomidoru 1 manat 80 qəpiyə, Göyçay və Qazax pomidorunun 1 kiloqramı isə 2 manata təklif olunur. Xiyarın 1 kiloqramı 3 manat 30 qəpikdir.

Almanın 1 kiloqramının qiyməti 90 qəpik və 1 manat 50 qəpik arasında dəyişir. Narın 1 kiloqramı 1 manat 50 qəpik, yerli mandarin 1 manat 50 qəpik - 2 manat arasında təklif olunur.

Kənd yumurtasının biri 25 qəpiyə satılır. Qoz ləpəsinin kiloqramı 10-17 manat, fındıq ləpəsinin kiloqramı isə 14-16 manat arasında dəyişir. Ancaq bu qiymətlər heç də hamını razı salmır.

Müqayisə üçün paytaxtın "8-ci kilometr" bazarında da olduq. Burada da əksər qiymətlər yarmarkadakına yaxın olsa da, bəzi məhsulların qiymətində fərqlər gözə çarpır.

Bazarda yerli kartofun 1 kq-nın qiyməti 1 manatdan başlayır. Amma qiymət məhsulun növünə görə də dəyişir. Soğanın kiloqramı isə 80 qəpikdən satılır. Xaricdən gətirilmiş xiyar 3 manata, yerli xiyar isə 4 manat 50 qəpiyə təklif olunur. Qazax pomidorunun kiloqramını 1 manat, Zirə pomidoru isə 2 manat 50 qəpiyə almaq mümkündür.

"8-ci kilometr" bazarında almanın 1 kiloqramının qiyməti 50 qəpik - 1 manat 50 qəpik arasında dəyişir. Narın 1 kiloqramı 1 manat 50 qəpiyə, yerli mandarinin kiloqramı 1 manat 80 qəpik - 2 manata satılır. Kənd yumurtasının bir ədədi isə 23 qəpikdir. Qoz ləpəsinin kiloqramı 10-15 manat arasında dəyişir.

Qeyd edək ki, "Kənddən şəhərə" yarmarkaları karantin qaydaları sərtləşdirilməsə, yalnız həftəsonları olmaqla müntəzəm şəkildə fəaliyyət göstərəcək.

Tarix
2021.02.21 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto

Bu gün İlham Əliyevin ad günüdür

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla