Yuxarı

Avtoşluq edən sərxoş sürücü həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtoşluq edən sərxoş sürücü həbs edildi

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Astara sakini Dəyanət Nəcəfzadə idarə etdiyi “Mersedes” markalı avtomobillə axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Lakin spirtli içkinin təsiri altında olan sürücü polis əməkdaşlarının dəfələrlə edilən xəbərdarlığına məhəl qoymayaraq hərəkəti davam etdirib.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan D.Nəcəfzadə saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati qaydada həbs olunub.

Tarix
2021.02.22 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla