Yuxarı

Paşayeva dünya azərbaycanlılarına çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva dünya azərbaycanlılarına çağırış etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə keçirilən onlayn konfransına qatılıb.

Axar.az xəbər verir ki, konfransda soyqırım həqiqətlərinin dünya ictimaitinə çatdırılması sahəsində Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət!" beynəlxalq kampaniyasını minnətdarlıq vurğulayan millət vəkili ümumən Heydər Əliyev Fondunun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər haqqında fikirlərini bölüşüb.

Q.Paşayeva Ermənistan siyasi-hərbi rəhbərliyinin, onların Dağlıq Qarabağdakı oyuncaq əlaltılarının 366-cı alayın dəstəyi və iştirakı ilə Xocalıda törətdiyi soyqırımı insanlıq əleyhinə akt və müharibə cinayəti olaraq şərh edib:

“Bizim, dünyadakı bütün vətənpərvər həmvətənlərimizin, türk ölkə və toplumlarının, Avropadakı, dünyadakı diaspor təmsilçilərinin, dostlarımızın əsas vəzifələrindən biri Xocalı soyqırımı, Ermənistanın Azərbaycana təcavüzünün acı nəticələri, o cümlədən tarixi-mədəni abidələrə qarşı vandallıqlar barədə beynəlxalq ictimaiyyəti davamlı məlumatlandırmaq olmalıdır. Biz Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq”.

Tarix
2021.02.25 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla