Yuxarı

Müharibə bizə həm də bunu qaytardı - Bülbüloğlu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə bizə həm də bunu qaytardı - Bülbüloğlu

Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş gecə keçirilib.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunan gecəni səfir Polad Bülbüloğlu açıb.

Səfir qeyd edib ki, bu gün uzun illərdən bəri ilk dəfə olaraq, Azərbaycan xalqı bu günü xüsusi hiss ilə qeyd edir:

“Biz bunu igid ordumuzun cəsur oğulları, güclü və müdrik Ali Baş Komandanın rəhbərliyi sayəsində çoxdan gözlənilən qələbəni qazanan qalib xalq kimi qeyd edirik. Biz bu gün gələcəyə inamla baxırıq, çünki bütün dünya bizim nə qədər güclü və müasir ordumuzun, əsgər və zabitlərimizin mənəviyyatının nə qədər yüksək olduğuna, Prezidentimiz və Ali Komandirimiz İlham Əliyevin iradəsinin nə qədər güclü və sarsılmaz olduğundan əmindir”.

Onun sözlərinə görə, bu müharibə bizə düşmən tərəfindən işğal olunmuş əraziləri qaytarmaqla yanaşı, şərəf və ləyaqətimizi qaytardı və çoxmillətli Azərbaycan xalqını birləşdirdi:

"Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndələri - ruslar və ləzgilər, yəhudilər və tatlar, avarlar və udinlər, saxurlar və ukraynalılar, tatarlar və gürcülər öz vətənləri, böyüyüb başa çatdıqları torpaqlarda uşaqlarının gələcəyi və valideynlərinin sülh içində yaşamaları naminə mübarizə aparıblar".

Tarix
2021.02.28 / 15:25
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla