Yuxarı

Yeni il süfrəsi neçəyə başa gəlir? - Araşdırma/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni il süfrəsi neçəyə başa gəlir? - Araşdırma/Video

Artıq yeni ilin qapının kandarındadır. Bayram günü ilə əlaqədar ərzaq bazarında xeyli canlanma müşahidə olunur. Bayram süfrəsini hazırlamaq üçün kimiləri indidən, kimiləri isə saatlar qalmış hazırlıq görəcək. Bəs gərəsən, bir ailənin yeni il süfrəsi neçəyə başa gəlir?

"Axar.az"ın apardığı araşdırmadan bəlli oldu ki, bayramın gəlişi meyvə-tərəvəzin qiymətinə xeyli təsir göstərib. Satıcılar da bayramın gəlişi ilə əlaqədar olaraq qiymətlərdə dəyişiklik olduğunu etiraf edir. Hətta ananasın bayramqabağı iki dəfə bahalaşacağı da istisna deyil. Belə ki, adi günlərdə 3 manat yarıma satılan ananas bayram günlərində 6 manat ola bilər. Tərəvəzlərdən isə kartofun qiymətində xeyli artım var. Belə ki, 50-60 qəpiyə əldə edilməsi mümkün olan kartofun qiyməti hazırda 1.50 qəpiyə qədər yüksəlib.

Qiymətlər bayram günlərində necə olacaq?

Banan - 2.50 qəpik
Portağal - 1.80 qəpik
Nar- 1.50 qəpik
Ananas - 6 azn (Bayram münasibəti ilə iki dəfə bahalaşacaq)
Kartof – 1. 50
Soğan - 0.6-0.7 qəpik (Qeyd edək ki, bayramöncəsi 30-40 qəpik idi)
Kələm - 0.4 qəpik (dolmalıq kələm 0.6-0.7qəp)
Balqabaq 0.2-0.25 qəpik.

Satıcıların sözlərinə görə, qiymət bahalaşması alıcı sayına təsir göstərməsə də, alınan məhsulların miqdarına təsir göstərir. Belə ki, 50 qəpik olarkən 10 kq. alınan kartof qiymətlər qalxdıqdan sonra 2 kilodan artıq alınmır.

Ət bazarında isə qiymətlər sabitdir. Satıcılar adi günlərdən fərqli olmayaraq bayram günlərində də mal ətinin 8, qoyun ətinin 10 manat olacağını bildirdi. Meyvə-tərəvəzdən fərqli olaraq ət bazarında bahalaşma gözlənilmir. Marketdə də qiymətlər sabitdir.

Apardığımız araşdırmadan bəlli oldu ki, bir ailənin yeni il süfrəsi ailə üzvlərinin sayı və istəklərinə görə müxtəlif məbləğlər arasında dəyişir. Yeni il süfrəsi 50 - 300 manata başa gəlir.

Qeyd edək ki, şəxsi istəklərdən asılı olaraq yeni ili daha da yadda qalan keçirmək üçün qiymətlərin daha baha olacağı istisna deyil.

Tarix
2013.12.29 / 00:46
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla