Yuxarı

Samir Nuriyev bu rəhbər şəxsləri topladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samir Nuriyev bu rəhbər şəxsləri topladı - Foto

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti - 4-cü iclası keçirilib.

Axar.az xəbər verir ki, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Qərargahın fəaliyyətini dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılması üzrə müəyyənləşdirdiyi strateji istiqamətlərə və tapşırıqlara uyğun olaraq həyata keçirdiyini qeyd edib.

Qərargahın rəhbəri bildirib ki, ötən həftə yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin ölkəmiz üçün taleyüklü məsələ olduğunu xüsusi olaraq vurğulayıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə həlledici əhəmiyyət kəsb edən minalardan təmizləmə, ölkə vətəndaşlarının qayıdışı, enerji təminatı və xüsusilə də “Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı üçün qısa və uzunmüddətli planlar, “Ağıllı kənd” konsepsiyasının tətbiqi üzrə məruzələr dinlənilib və müvafiq təlimatlar verilib.

İclasda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq işlərin planlı və ardıcıl surətdə aparılmasının vacibliyi vurğulanıb.

Tarix
2021.03.03 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla