Yuxarı

İki nazirlik müəllimlər üçün əməkdaşlığa başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki nazirlik müəllimlər üçün əməkdaşlığa başladı

Müəllimlərin müraciətləri əsasında yerdəyişməsi prosesi ilə əlaqədar iki nazirlik arasında elektron məlumat mübadiləsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən Axar.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlərin müraciətləri əsasında onların bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi prosesi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə Təhsil Nazirliyinin informasiya sistemi arasında məlumat mübadiləsinə başlanılıb.

Belə ki, iş yerini başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər TN-in rəsmi saytındakı "Müəllimlərin işə qəbulu" səhifəsinə daxil olaraq elektron ərizə ilə müraciət edirlər. Bu zaman müraciət edən şəxsin TN-nin hər hansı qurumunda işləyib-işləmədiyinin müəyyən olunması ƏƏSMN-nin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə edilən sorğu ilə müəyyən edilir. Sorğuya cavabda şəxsin TN-nin hər hansı qurumunda işləməsi təsdiqini tapdığı halda sistem tərəfindən onun müraciət ərizəsi qəbul olunur. Əks halda, TN-nin elektron xidməti tərəfindən elektron müraciətin qəbul olunmasına sistem tərəfindən icazə verilmir.

Tarix
2015.06.05 / 18:11
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla