Axar.az
Yuxarı

Axar.Az Logo

Ermənistanla sərhəddə daha bir hərbi hissə açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən Müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasından sonra sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə bu ərazilərdə qısa müddət ərzində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması prosesi intensiv surətdə aparılmaqdadır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, aprel ayının 6-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində növbəti hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu münasibətlə təşkil olunmuş mərasimdə, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda Vətən Müharibəsində düşmən üzərində tarixi qələbənin əldə olunmasında şərəflə iştirak edən və hazırda işğaldan azad olunmuş dövlət sərhədlərində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin hərbi vətənpərvərlik ruhunun yüksək olması, Vətən sərhədlərinin keşiyində qürurla xidmət etmələri bildirilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün sərhədçilərin bundan sonra da səy və bacarıqlarını əsirgəməyəcəkləri vurğulanıb. Tədbirin sonunda hərbi orkestrin müşayiəti ilə şəxsi heyət təntənəli marşla tribunanın önündən keçmiş və xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunublar.

Mərasimdə iştirak edənlər hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə, o cümlədən inzibati bina və təlim mərkəzi, eləcə də şəxsi heyətin iş otaqları, kazarma və yeməkxana, təlim sinifləri, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitələr, avtomobil texnikası ilə tanış olublar. Kompleks daimi su, elektrik enerjisi və digər zəruri avadanlıqlarla təmin edilib.

Geniş imkanlara malik olan təlim mərkəzi müxtəlif cür atıcı silahlardan, minamyot qurğularından, zirehli texnikalardan atışların keçirilməsinə və atışların nəticələrinin qiymətləndirilməsinə, bölmələrin döyüş hazırlığının yüksəldilməsinə və Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin mövcud olan silah və döyüş texnikasından istifadə etmə bacarıqlarının yüksəldilməsinə şərait yaradır.

Təlim mərkəzinin atış poliqonunda zirehli texnikalardan, atıcı silahlardan, minaatan və zenit qurğularından təlim atışları yerinə yetirilib.

Tarix
2021.04.07 / 09:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabiq başçının ailəsi kirayə qaldığı evdən çıxarıldı - Foto

Zakir Həsənov bu şəxsləri mükafatlandırdı

17 yaşlı azərbaycanlını öldürən rus faşisti əməlini etiraf etdi

İrəvan aptekində Azərbaycandan gedən dərman satılır

Xəstəxanalarda nöqsanlar aşkarlandı - Video

BMT bu nazirliyimizə 3 maşın hədiyyə etdi - Foto

Vaxtı keçən məhsullar satışdan çıxarıldı

Prezident Hacıqabulda açılışlar etdi

Qazi və şəhid ailələrinə yardım mərkəzləri fəaliyyətə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla