Yuxarı

Türk ölkəsində seçkilər: Konstitusiya dəyişikliyi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ölkəsində seçkilər: Konstitusiya dəyişikliyi...

11:07

Bu gün Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Axar.az xəbər verir ki, ölkə üzrə 2483 məntəqə fəaliyyət göstərir, yerli şuralara seçkilər 448 şəhər və kənddə keçirilir. Siyahılara səs hüququ olan 3,6 milyon seçicinin adı salınıb.

Bildirilir ki, seçkilər seçicilərin 30 faizdən çoxunun səs verəcəyi halda etibarlı sayılacaq.

Səhər saatlarında Qırğızıstan Prezidenti Sadır Japarov xanımı ilə Bişkekdəki məntəqələrin birində səs verib.

Ölkənin Baş naziri Uluqbəy Maripov vətəndaşları seçki prosesində aktiv iştirak etməyə çağırıb.

***

Qırğızıstanda bülletenlərin 80,5 faizindən çoxu artıq sayılıb.

Hazırki nəticəyə əsasən seçicilərin 78 faizindən çoxu konstitusiya dəyişikliyinin lehinə, 12 faizi isə əleyhinə səs verib.

***

Bülletenlərin 90 faizi sayılıb. Bu nəticələrə əsasən, seçicilərin 79,91 faizi konstitusiya dəyişikliyinin lehinə, 13,68 faizi isə əleyhinə səs verib.

Tarix
2021.04.11 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla