Yuxarı

Bakı-Naxçıvan reyslərinin sayı azaldıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Naxçıvan reyslərinin sayı azaldıldı

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakıdan Naxçıvana və əks istiqamətdə həyata keçirilən reyslərin sayını 4-dən 3-ə endirib.

AZAL-dan Axar.az-a verilən məlumata görə, aviareyslərin sayının azaldılması tələbatın az olması ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. Belə ki, bu ayın sonuna qədər saat 16:20-də yerinə yetirilən uçuş olmayacaq. Aviarayeslər gündə 3 dəfə - saat 8:00, 13:40 və 19:20-də həyata keçiriləcək. Mayın 1-dən isə uçuşların gündə 4 dəfə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılır. Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı aviaşirkətin çağrı mərkəzinə Votsap mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət edilməlidir:

- Bakı-Naxçıvan reysləri üçün:

Votsap: +994 55 204 65 54;

- Naxçıvan-Bakı reysləri üçün:

Votsap: +994 60 487 30 11.

Aviabiletləri həmçinin fevralın 1-dən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrindən əldə etmək mümkündür.

Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 sm ölçüdə portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kq-dır, ölçüləri üç ölçünün cəmində 158 sm-dən artıq olmamalıdır.

Tarix
2021.04.14 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla