Yuxarı

Millət vəkili daha bir şəhidin atası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili daha bir şəhidin atası ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Samux rayonunun Cobanabdalı kənd sakini, Vətən müharibəsinin şəhidi Arif Həmzəyevin atası Muradcan Həmzəyevlə Milli Məclisdə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili şəhidin həyatı, döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

Bildirilib ki, Arif Həmzəyev 2019-cu il iyulun 4-də həqiqi hərbi xidmətə gedib, Ağcabədidə N saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Arif Cəbrayıl, Qubadlı istiqamətində fədakarlıqla döyüşüb və Qubadlıda şəhid olub.

“Şəhid oğlunuz Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına” medalları ilə təltif olunub.

Arif kimi gənclərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili bildirib.

Q.Paşayeva şəhidin atasına Komitə adından məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Tarix
2021.04.15 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla