Yuxarı

YAŞAT əməkdaşları 3 minə yaxın şəhid ailəsini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAŞAT əməkdaşları 3 minə yaxın şəhid ailəsini ziyarət etdi

YAŞAT Fondu ölkə başçısının müvafiq Fərmanı ilə yaradılıb. Fond yaradılan gündən bir platforma - yashat.gov.az təsis olunub və YAŞAT Fondunun fəaliyyəti həmin platforma üzərindən həyata keçirilir. Saytın “Müraciət et” bölməsinə Fərmanla “YAŞAT” Fondunun əhatə dairəsinə aid olan şəxslər müraciət edə bilərlər. Fondun əhatə dairəsinə aid olan şəxslər şəhidlərin ailə üzvləri, müharibə zamanı xəsarət almış və əlilliyi müəyyən edilmiş şəxslərdir. Fondun fəaliyyəti çərçivəsində əsas məsələlərdən biri də şəffaflığın, operativliyin və hesabatlılığın təmin edilməsidir.

Fondun fəaliyyətini təşkil edən struktur vahidində çalışan əməkdaşlar şəhidlərin ailə üzvləri, eləcə də qazilərdən ibarətdir. Bu komanda ilə biz böyük işlər görürük.

Axar.az xəbər verir ki, bunu xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş III “Fərqli Fərdlər” Konqresində YAŞAT Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib.

Onun sözlərinə görə, YAŞAT Fondu yaranan andan etibarən əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər:

“Bundan əlavə, sayt üzərindən 2 min 690 ağır yaralanmış qazimiz qeydiyyatdan keçib. Ümumilikdə Fondun əməkdaşları 14 mindən çox şəhid ailə üzvü və yaralı ilə görüşüb. Onların problemləri, ehtiyacları dinlənilib və qeydiyyata alınıb. Ümumi müraciətlərdən 5 min 685-i artıq öhdəliyə götürülüb.

Fondun dörd fəaliyyət istiqaməti var. Onlara məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması və təhsil xərclərinin ödənilməsi aiddir. Bu istiqamətlər üzrə 4 mindən çox insana dəstək göstərilib.

Bu platformanın yaradılma məqsədlərindən biri də hesabatlılığın və şəffaflığın təmin edilməsidir".

Tarix
2021.04.18 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla