Yuxarı

Avtoriteti öldürənlər apellyasiya şikayəti verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtoriteti öldürənlər apellyasiya şikayəti verdi

Kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Taleh Cəlalov, İmran Bəbirov, Vüsal Hüseynov və qardaşı Səxavət Hüseynovun barələrindəki hökmdən apellyasiya şikayəti verilib.

Axar.az Report-a istinadən xəbər verir ki, şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi cinayət kollegiyası araşdırır.

Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Mübariz Mürsəl oğlu Budaqlıya aid “Mersedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Taleh İbrahim oğlu Cəlalov və Səxavət Oruc oğlu Hüseynovu saxlayıblar.

İstintaqın gedişində S.Hüseynovun qardaşı V.Hüseynov və İ.Bəbirov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Hüseynov və Taleh Cəlalov 18 il, Səxavət Hüseynov 17 il və İmran Bəbirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar qəsdən adam öldürmə, qanunsuz silah saxlama, xuliqanlıq və digər əməllərdə təqsilri biliniblər.

Tarix
2021.04.19 / 09:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla