Yuxarı

Evdən pul oğurlayan dəstə üzvləri saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evdən pul oğurlayan dəstə üzvləri saxlanıldı - Video

Paytaxtın Suraxanı rayonunda evlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, naməlum şəxslər zərərçəkənin mənzilindən 11 600 manat oğurlayıblar.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mübariz Yəhyayev, Natiq Əhmədov, Şahin Rzazadə və Kəmalə Mehdiyeva saxlanılıblar. Oğurlanan pulun bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq götürülüb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri Zamiq Heydərov və Asudə Sultanova saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən heroin, eləcə də, digər növdən olan narkotik vasitələr aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Tarix
2021.04.19 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla