Yuxarı

Nəcməddin Sadıqov niyə həbs olunmur? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:13

General-leytenant Rövşən Əkbərovun həbsindən sonra onun “məslək yoldaşı”, MN-in sabiq qərargah rəisi Nəcməddin Sadıqovun da qandallanacağı proqnozlaşdırılırdı. Amma hələ də baş qərargahın sabiq rəisi azadlıqdadır. 44 günlük Vətən müharibəsinin qızğın çağında Rövşən Əkbərovla Nəcməddin Sadıqovun vəzifələrindən uzaqlaşdırılması da təsadüfi deyildi.

Əvvəldən də bilinirdi ki, hər iki general Rusiya ilə gizli-aşkar əlaqələrə malikdir. Vəzifələrindən Azərbaycan üçün olduqca önəmli bir dönəmdə qovulmalarında bu məqamın xüsusi yer aldığı da istisna edilmirdi. Nəhayətdə Rövşən Əkbərov həbs olundu. Artıq həbsinin 1-ci ayı yekunlaşıb. Yaxın 3 ay ərzində də o, istintaq altında olacaq. Vəzifəcə ondan daha yuxarı pillədə dayanmış, illərlə Azərbaycan Ordusunda baş verən neqativlərdə adı hallanan Nəcməddin Sadıqov isə hələ də azadlıqdadır. Aydındır ki, dövlətin əlində Nəcməddin Sadıqovu bir ömür həbsdə saxlayacaq dosye var. Bununla belə, Sadıqovun immuniteti davam edir. Baş Qərargah rəisi müharibə dönəmində vəzifəsindən kənarlaşdırılsa da, rəsmən elan olunmayıb. Nəcməddin Sadıqov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. İddialar var ki, Rövşən Əkbərovla başlayan proses davam edəcək və burada əsas hədəfin sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıqov olacağı da istisna olunmur.

Axar.az xəbər verir ki, hüquqşünas Natiq Ələsgərov Musavat.com-a açıqlamasında Azərbaycan Ordusunda Rövşən Əkbərov kimi əli qana batan yüksək rütbəlilərin çox olduğunu bildirib:

“Nəcməddin Sadıqov və onun kimilər vaxtında həbs edilsəydi, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı. Təsəvvür edin ki, bu adamlar ola-ola, hər bir addımımız düşmənin əlinin içində ola-ola, biz qalib gəldik. Biz bunu bacardıq. Bu gün Nəcməddin Sadıqov azadlıqdadır və öz işini görür. Bu adamlar Azərbaycan Ordusunu içindən dağıdanlar, ”yeyənlərdir". Nəcməddin Sadıqov və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır".

Hüquqşünas deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərib, amma Sadıqovun ordumuza yerləşdirdiyi kadrlar bu gün də iş başındadır:

“Bu adamlar olmasaydı, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün ordunu korrupsiyalaşmış “sadıqovçu"lardan təmizləmək lazımdır. Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır. Bu adamların əli minlərlə əsgərimizin qanına batıb. Əlbəttə ki, Sadıqovun da barəsində dosye var, ilk imkandaca həmin dosye ittiham aktına çevriləcək".

Tarix
2021.04.20 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan yüksək gözləntilərimiz var - BMT

İmamoğlunun Bakı səfərində diqqətçəkən məqam

Hacıyevdən Borrellin "bağ və cəngəllik" bənzətməsinə cavab...

Prezident Məhəmməd Əl-Casir ilə görüşdü

1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə... - XİN

COP29-da danışıqlar prosesində irəliləyişlər var

İlham Əliyev Maldiv prezidenti ilə görüşdü

İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşdü

İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşdü

İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla