Yuxarı

Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək.

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az verilən məlumata görə, Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib.

Universitetin rektoru Ərol Özvar bununla bağlı həmkarına məktub ünvanlayıb və onu rəhbərlik etdiyi ali təhsil ocağında dərslərə dəvət edib. Məktubda bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı universitetin təşkil etdiyi dərslər 28 aprel-28 may aralığında olacaq:

“Türk ədəbiyyatı tarixində “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı apardığınız tədqiqatlar hər iki ölkədə, o cümlədən, beynəlxalq elmi dairələrdə böyük şöhrət qazanıb. Sizi Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü kimi “Kitabi-Dədə Qorqud” düşüncəsinin öyrənilmə imkanları haqqında bir həftəlik ustad dərsləri verməyə dəvət edirik. Sizi Mərmərə Universitetində qarşılamağı arzu edirik. Dəvətimizi qəbul etsəniz, şəxsim və universitetimiz adına böyük qürur duyarıq”.

Tarix
2021.04.22 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla