Yuxarı

Bakı sakinlərinin etirazına nazirlikdən cavab – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı sakinlərinin etirazına nazirlikdən cavab – Foto

Bakının Qaradağ rayonu Ələt qəsəbəsinin sakinləri qəsəbədaxili telefon və internet xəttlərinin yararsız vəziyyətdə olmasından şikayətlənirlər.

Sakinlər Axar.az-a bildirib ki, qəsəbənin 90%-də telefon xəttlərinin direkləri sıradan çıxıb, internet vaxtaşırı olaraq kəsilir. Onlar bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciətlər etsələr də, nəticə ala bilməyiblər.

Məsələ ilə bağlı Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən saytımıza bildirilib ki, “Baktelecom” hazırda Bakı şəhəri və ətraf ərazilərdə köhnə və yeni binalar və yaşayış massivlərində keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Evədək optika” layihəsini icra edir:

“Layihə çərçivəsində mövcud mis xətlər ləğv edilərək müasir standartlara cavab verən fiber-optik xətlərlə əvəz olunur. Eyni zamanda məhdud infrastrukturlu ərazilərdə yeni fiber-optik şəbəkə inşa edilir.

Hazırda Ələt sakinlərinə simli və simsiz texnologiyalar üzərindən telekommunikasiya xidmətləri göstərilir. Sözügedən qəsəbədə rabitə xidmətlərinə olan tələbatı nəzərə alaraq, xətt şəbəkəsinin genişləndirilməsi fəaliyyət planımıza daxildir. Bu ilin sonunadək 2600 nömrə tutumlu fiber-optik şəbəkənin qurulması planlaşdırılır. Yenidənqurma işləri zamanı mis xətlər üzərindən xidmət alan 1900 mənzil optik şəbəkəyə keçiriləcək və 500 mənzil üçün rabitə xidmətlərinə yeni qoşulma təşkil ediləcək”.

Tarix
2021.05.01 / 08:45
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla