Yuxarı

Nazir olduqları dövrdə vəfat edənlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir olduqları dövrdə vəfat edənlər

Azərbaycanda 3 nazir vəzifədə olduğu müddətdə bəzi xəstəliklərdən dünyasını dəyişib.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, onlar mərhum energetika naziri Natiq Əliyev, sabiq müdafiə sənayesi naziri Yavər Camalov və gənclər və idman naziri Azad Rəhimovdur.

Energetika naziri olmuş Natiq Əliyev 1947-ci ildə Bakıda anadan olub. N.Əliyev 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, 2005-ci ildə isə sənaye və energetika naziri təyin edilib. 2013-cü ildən energetika naziri vəzifəsində çalışan Natiq Əliyev 9 iyun 2017-ci il tarixində, 69 yaşında Türkiyədə müalicə aldığı xəstəxanalardan birində ürək çatışmazlığından vəfat edib.

Sabiq müdafiə sənayesi naziri Yavər Camalov 1949-cu ildə Sabirabad rayonunda dünyaya gəlib. Y.Camalov 2006-cı ildə müdafiə sənayesi naziri vəzifəsinə təyin edilib. O, 2018-ci ilədək bu vəzifəni icra edib. Həmin ilin 23 iyununda isə Yavər Camalov İsraildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 68 yaşında vəfat edən nazir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Gənclər və idman naziri Azad Rəhimov isə 1964-cü ildə Bakıda anadan olub. O, 2006-cı ildən etibarən gənclər və idman naziri vəzifəsini tuturdu. A.Rəhimov həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti idi. Onun ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat etməsi ötən gün rəsmi şəkildə təsdiqləndi. Qeyd edək ki, 56 yaşında dünyasını dəyişən nazir ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı.

Tarix
2021.05.01 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla