Yuxarı

Gəncədə reyd keçirildi - DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə reyd keçirildi - DİN

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, təhlükəsizlik kəmərindən istifadə olunmaması, avtomobilə konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlandığı reydlər zamanı bir neçə sürücünün avtomobillərində digər texniki nöqsanlar da aşkar edilib. Həmin nəqliyyat vasitələrinin hərəkəti qanunla müəyyən edilmiş qaydada dayandırılaraq mühafizə olunan duracağa yerləşdirilib.

Bundan başqa keçirilən tədbirlərlə sərxoş halda avtomobil idarə edən sürücülər də aşkar edilib. Həmin sürücülər ilə profilaktiki söhbətlər aparılıb, onlara sərxoş halda avtomobil idarə etməyin həm özləri həm də digər hərəkət iştirakçıları üçün çox təhlükəli olduğu bildirilib. Qeyd edək ki, aprel ayı ərzində keçirilən reydlər zamanı ümumilikdə vətəndaşlar tərəfindən 4 000-dən çox qayda pozuntusu aşkar edilərək barələrində inzibati qaydada tədbir görülüb.

Tarix
2021.05.01 / 21:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla