Yuxarı

"Qaçqınkom"un adı dəyişdirilsin! - Deputatdan təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qaçqınkom"un adı dəyişdirilsin! - Deputatdan təklif

Qələbə dövrünün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qayıdış və Quruculuq Komitəsinə çevrilməsidir.

Axar.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z.Oruc deyib ki, dünyada mövcud olan 80 milyondan çox köçkündən yalnız bizim xalqımıza nəsib olan qayıdış hadisəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsidir və ona görə də hazırda böyük miqyaslı işlər icra edən Komitənin, onun fədakar rəhbərliyinin və kollektivinin yüz minlərlə vətəndaşımızın doğma torpaqlarımıza qayıdışında da görəcəyi işlər misilsizdir:

“Beləliklə, biz təkcə dövlət-hökumət institutlarını deyil, ictimai-siyasi leksikonumuzu, təhsil, mədəniyyət və ədəbiyyat sistemimizi, kitablarımızı, siyasi proqram və konsepsiyalarımızı parlaq Qələbəmizə uyğunlaşdırmalıyıq. Yeni milli kimlik, yeni qalib xalq və dövlət statusu bizdən fərqli ideologiya, yeni düşüncə və yeni hədəflər tələb edir”.

Tarix
2021.05.04 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla