Yuxarı

Bakıda bu rayonlarda yoluxma sayı yüksəkdir - Qarayeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu rayonlarda yoluxma sayı yüksəkdir - Qarayeva

Bu gün COVİD-19-dan sağalanların sayı yoluxanların sayını ötüb.

Axar.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, qış aylarında sərt karantin rejiminin tətbiqi ilə yoluxma sayında azalma baş verdi:

"18 yanvardan etibarən isə ölkəmizdə vaksinasiya başladıldı. Bu gün sosial aktivlikləri saxlasaq da, yoluxmada enmə müşahidə olunur. Hazırda epidemioloji vəziyyətin nəzarət altında olduğunu deyə bilərik. Xəstəliyin yaş qrupları arasında bölünməsi haqqında danışaq, istər pandemiyanın başlanılması mərhələsində, istərsə də hazırda, yaş qrupları dəyişməyib. Qadınlar arasında yoluxma daha yüksəkdir. Regionlar üzrə isə 54 faiz yoluxma Bakının payına düşür.

Bakıda Binəqədi və Xətai rayonlarında yoluxma sayı yüksəkdir. Bölgələrdə isə vəziyyət stabil olaraq qiymətləndirilə bilər".

Tarix
2021.05.06 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla