Yuxarı

İşğala son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşğala son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi

Azərbaycan öz ərazisini işğaldan azad etməklə, ümumilikdə beynəlxalq hüququn prinsip və normalarını reallaşdırıb.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Ali Radasının xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko bildirib.

“Çünki BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Azərbaycan da sadə dildə desək, bu qətnamələrin tələblərini reallaşdırıb. Burada heç bir problem yoxdur. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğala son qoyulub və Azərbaycanın ərazi bütövlüyü təmin edilib”, - o deyib.

A.Merejko onu da bildirib ki, 30 ildə Ermənistanın işğal olunmuş torpaqlarda törətdiyi dağıntılarla bağlı hər iki tərəfdə olan informasiya əsasında beynəlxalq məhkəməyə müraciət etmək olar:

“Bu aqressiya aktının vurduğu ziyanı hesablamaq lazımdır. Lakin bunun beynəlxalq formatda həyata keçirilmə mexanizmi hələ ki, aydın deyil. Azərbaycanın ərazilərini işğal etməklə Ermənistan beynəlxalq hüquq prinsiplərini, ərazi bütövlüyü, suverenlik haqqı və güc tətbiq etməmək prinsiplərini pozub”, - o deyib.

Tarix
2021.05.11 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla