Yuxarı

Azər Qaraçənli: “Hücumlar daha da sürətlənib”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azər Qaraçənli: “Hücumlar daha da sürətlənib”

"Dekabrın 30-u axşamdan başlayaraq, "Mediaforum"a hücumlar daha da artıb. Bu səbəbdən sayt fəaliyyət göstərə bilmir".

Bu sözləri "Axar.az"a açıqlamasında "Mediaforum" saytının Baş redaktoru, tanınmış jurnalist Azər Qaraçənli dedi. Onun sözlərinə görə, virtual hücumu həyata keçirən hakerlər "Mediaforum"un bazasına daxil ola bilməsələr də, serverə göndərdikləri yüz minlərlə sorğu nəticəsində saytın normal fəaliyyətini təmin etməsinə imkan vermirlər: "Hücumlar dekabrın 19-dan başlayıb. İndiyə qədər bir neçə dəfə yarım və ya bir sutka fəaliyyətimizi əngəlləyə biliblər, ancaq vebmasterlər problemi aradan qaldırmağı bacarıb. Dünəndən isə hücum daha da şiddətlənib və qarşısını almaq mümkün deyil. Hücumlar serverlə əlaqə qurmaq imkanlarımızı da məhdudlaşdırıb".

A.Qaraçənli qeyd etdi ki, minlərlə İP-in sayta girişini blok etsələr də, hakerlər dərhal İP-ləri dəyişirlər: "Bu vaxta qədər "Mediaforum"a hücum kimi qeydə alınan minlərlə İP-i blok etmişik, ancaq biz blok etdikcə, hücum edənlər də daha başqa ünvanlar seçirlər".

"Hazırda hücumun səngiməsini gözləyirik", - deyən Baş redaktor saytın normal fəaliyyətini bərpa edəcəyi vaxtı açıqlamaqda çətinlik çəkdiyini bildirdi: "Hücumlar xaricdəndir və xüsusi proqramla həyata keçirildiyi üçün, total hücumun on minlərlə İP ünvanından edildiyi təsəvvürü yaradır. Ana səhifəyə eyni anda yüz minlərlə sorğu göndərməkdə davam edirlər, belə şəraitdə konkret söz demək çətindir. Hazırda vebmasterlər çalışır ki, fəaliyyətimizi bərpa edək."

Tarix
2014.01.01 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla