Yuxarı

Bakıda daha bir piyada səkisi zəbt edildi - BNA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir piyada səkisi zəbt edildi - BNA

18:17

Şəhər nəqliyyatında ən vacib məsələlərdən biri də səkilərin piyadaların rahat və maneəsiz hərəkət etməsi üçün uyğun vəziyyətdə olmasıdır.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ötən dövrdə Agentlik səkilərdə piyadalalar üçün maneəsiz hərəkət mühitinin yaradılması üçün bir çox layihələr icra edib.

"Lakin təəssüf ki, hələ də bəzi obyekt sahibləri qanunsuz olaraq piyada səkilərini zəbt edirlər. Növbəti belə hal paytaxtın Nizami rayonunda - Cəmşid Naxçıvanski və Bəkir Çobanzadə küçələrinin kəsişməsində qeydə alınıb. Yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib. Səkinin zəbt olunması ilə bağlı Agentlik zəruri addımlar atacaq. Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq", - deyə qurum bəyan edib.

***

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsində qeydə alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

"Hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün zəruri addımlar atılır. Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması halları ilə rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin bu cür qanunsuz əməllərə yol verənləri ictimai qınağa çəkməyə çağırırıq", - BNA-dan bildirilib.

Tarix
2021.05.12 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla