Yuxarı

Zakir Həsənov kollegiya iclası keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov kollegiya iclası keçirdi

İyunun 20-də Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətilə 2015-ci ilin qış tədris dövrünün yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.

Axar.az xəbər verir ki, toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik komandirləri, Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmət, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri və digər məsul zabitlər iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən orduda aparılan islahatların davam etdirilməsi, hərbi hissələrin döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların mənəvi-psixoloji durumu, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər haqqında geniş məruzə ilə çıxış edib.

Kollegiya iclasında hesabat dövründə istiqamətlər üzrə görülən fəaliyyətlərlə bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.

Müdafiə naziri yekunda Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin inkişafını əsas prioritet məsələ hesab etdiyini bir daha diqqətə çatdırıb və bunun da hərbçilər üçün böyük etimad olduğunu xüsusi vurğulayıb. Müdafiə naziri bildirib: "Etimadı doğrultmaq üçün hamımız xalq qarşısında məsuliyyətimizi dərindən dərk etməli, torpaqlarımızın azad edilməsi məqsədilə gecə-gündüz çalışaraq hər an döyüşə hazır vəziyyətdə olmalıyıq. Bizim başqa yolumuz yoxdur, çünki bu, hər birimiz üçün tarixi məqamdır."

Tarix
2015.06.20 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla