Yuxarı

YAP Gənclər Birliyi yeni layihəyə başlayıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP Gənclər Birliyi yeni layihəyə başlayıb

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinə başlayıb.

Axar.az xəbər verir ki, məqsəd gənc kadr bazasının yaradılması, gənclərdə ictimai-siyasi təfəkkürün və analitik düşüncə qabiliyyətinin formalaşdırılması, onların liderlik və debat bacarıqlarının inkişaf etdirilməsidir.

3 ay davam edəcək layihə çərçivəsində gənclərə ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni, o cümlədən dövlət idarəçiliyi sahələrində nəzəri və praktik modullar əsasında seminarlar keçiriləcək, iştirakçılar xüsusi debat proqramına cəlb olunacaqlar. Qeydiyyatdan keçən uğurlu namizədlər arasından müsahibə yolu ilə Yeni Azərbaycan Partiyasının üzvü olan və bitərəf 30 gənc seçilərək layihədə iştirak etmək şansı əldə edəcək.

Proqram müddətində iştirakçıların xüsusi meyarlar üzrə qiymətləndirilməsi həyata keçiriləcək. Yekunda iştirakçılar müəyyənləşdirilmiş mövzular üzrə təqdimatlarla çıxış edəcək və münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yüksək göstəricilərə malik məzunlar təltif ediləcək.

Qeyd edək ki, mayın 31-i MÜRACİƏT üçün son gündür.

Layihə ilə əlaqədar suallar [email protected] ünvanına göndərilə bilər.

Tarix
2021.05.18 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla