Yuxarı

İlham Rəhimov daha bir şəhid ailəsini himayəyə götürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Rəhimov daha bir şəhid ailəsini himayəyə götürdü

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov daha bir şəhid ailəsini himayəyə götürüb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs dövlət sərhədini pozmaq istəyərkən açdıqları atəş nəticəsində baş leytenant Samir Elmar oğlu Eyvazov və kiçik gizir Fərid Elçin oğlu Alimov şəhid olmuşdu.

Əslən Tovuz rayonundan olan şəhid baş leytenant Samir Eyvazovun bir azyaşlı qızı var.

Professor İlham Rəhimov şəhidimizin ailəsini himayəyə götürüb. Həmçinin şəhidin əmanəti olan qızı 18 yaşına çatana qədər İlham Rəhimov tərəfindən onun anasının bank hesabına hər ay mütəmadi olaraq vəsait köçürüləcək.

Qeyd edək ki, İlham Rəhimov 5 şəhid ailəsini himayəyə götürüb.

Onlar arasında Tovuz hadisələrinin ilk şəhidlərindən biri, rayonun Ağdam kənd sakini olan Elşad Məmmədovun iki azyaşlı övladı və ailəsi də var.

Tarix
2021.05.18 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla