Yuxarı

Hacı Şahin “kefli hacı”lardan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Şahin “kefli hacı”lardan danışdı

"Həccə gedib-gəlmiş insanın spirtli içki qəbul etməsi düzgün deyil. Bildiyiniz kimi, şərab Qurani-Kərimin haram buyurduğu içkidir. Ona görə də Həccə gedən insan xüsusilə diqqətli olmalıdır. Əks halda, açıq-aşkar günah etməklə insanların dinə olan etimadını zəiflədərək, inanclı insanların bədbinliyinə, inamsızlığının yaranmasına səbəb olar. Həmçinin, içki içənlərin hacılığı sual altına düşür".

Axar.az xəbər verir ki, bunu Modern.az-a Məşədi Dadaş Məscidinin imam-camaatı Hacı Şahin Həsənli son zamanlar bu titulu daşıyanlara olan fərqli münasibətin səbəblərini şərh edərkən deyib.

Ş.Həsənli "hacı"ların içki məclislərində iştirakını, həmçinin spirtli içki qəbul etməsinin yolverilməz olduğunu diqqətə çatdırıb:

"Həcc ziyarətinə gedən insanlar xeyriyyəçi əməllərindən çəkinməməlidirlər. Ümumiyyətlə, hacılar xeyriyyəçi insanlar olmalıdır. Onlar xalqına, ehtiyacı olanlara yardım edə, kiminsə təhsil haqqını ödəyə bilərlər və s. Yəni bu ayrı bir vəzifə, həcc ayrı bir vəzifədir. Bunları qarışdırmaq isə doğru deyil.

Bəzən müxtəlif insanlar bir ildə bəlkə də hər ay dincəlmək üçün böyük vəsait sərf edərək, səfərlərə gedir. Nədənsə o zaman "gəzməyə getməyim, yardım edim" deyə düşünmürlər. Amma Həcc ziyarətindən söhbət düşəndə, Həcc xərcinin ehtiyacı olanlara yönəldilməsi məsələsi qabardılır, etiraz etməyə başlayırlar. Həccə getmək o demək deyil ki, insan bütün var-dövlətini xərcləməlidir. İnsan yardım da edə bilər, ziyarətə də gedə bilər. Bunlar bir-birinə zidd deyil".

Tarix
2015.06.23 / 16:45
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla