Yuxarı

Polis yas mərasimi keçirən vətəndaşı döyüb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis yas mərasimi keçirən vətəndaşı döyüb? - Açıqlama

Şəmkirdə keçirilən yas mərasiminin qarşısı alınarkən polis əməkdaşının rayon sakinini döyməsi ilə bağlı iddialar yayılıb.

Axar.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.az-a sosial şəbəkələrdə Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Məmməd Hüseynovun Şəmkir RPŞ-nin əməkdaşları barədə paylaşdığı iddiaların həqiqəti əks etdirmədiyini və böhtan xarakterli olduğunu bildirib.

“Məlumat üçün qeyd edim ki, iyun ayının 3-də Şəmkir RPŞ-yə rayonun Dəllər-Cəyir kəndi ərazisində karantin qaydalarına zidd olaraq yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə gələrək 30-40 nəfərdən ibarət şəxsin fərdi yaşayış evinin həyətində toplaşaraq yas mərasimi keçirməsini aşkar edib. Həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaq, ölkə ərazisində tətbiq olunan karantin rejimi qaydaları barədə məlumat verilib.

Lakin buna baxmayaraq mərasimi təşkil edən Dəllər-Cəyir kənd sakinləri - M.Hüseynov və S.Rüstəmova polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yas mərasiminin dayandırılmasına etiraz ediblər.

Nəticədə həmin şəxslər Polis Şöbəsinə dəvət olunublar. Şöbə rəhbərliyi tərəfindən onlarla bir daha profilaktiki söhbətlər aparılıb.

Daha sonra S. Rüstəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Məmməd Hüseynov barəsində isə toplanan material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində müvafiq tədbir görülüb.

Əfsuslar olsun ki, adıçəkilən şəxslər həqiqətə uyğun olmayan, polis əməkdaşlarından qisas almaq məqsədi ilə qərəzli iddialar səsləndirirlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, ölkədə elan olunan karantin rejiminə görə yas mərasiminin təşkil edilməsi qadağandır.

Tarix
2021.06.09 / 12:59
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla