Yuxarı

Bölmələrimiz şərti düşmən hədəflərini məhv etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bölmələrimiz şərti düşmən hədəflərini məhv etdi - Video

Naxçıvan Qarnizonu Qoşunlarında iyunun 7-də başlayan komanda-qərargah təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində maket üzərində dəqiqləşdirilib, qəbul edilmiş qərara əsasən bir istiqamətdən digərinə yerdəyişmə zamanı bölmələrin manevretmə qabiliyyəti yoxlanılıb. Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.

Döyüş atışlarının icrası zamanı tank, motoatıcı, mexanikləşdirilmiş və raket-arilleriya bölmələri şərti düşmən hədəflərini məhv ediblər.

Təlimin kompüter dəstəkli mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.

Təlimin sonunda qərargahların və praktiki fəaliyyətlərə cəlb edilən bölmələrin tapşırıqları icraetmə vərdişlərinin təhlili aparılıb, növbəti təlimlərə hazırlıqla bağlı birləşmə komandirlərinə müvafiq tapşırıqlar verilib.

Tarix
2021.06.12 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla