Yuxarı

Bu şirkət rəhbəri həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şirkət rəhbəri həbs edildi

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinin pozulması halları ilə bağlı daxil olmuş müraciət əsasında Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Axar.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, Əmlakin Qiymətləndirilməsi MMC-nin rəhbəri Ruhin Qaraşovun xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Yevlax rayonu və ona ətraf rayonlarda yaşayan ümumilikdə 360 nəfər şəxsin karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaratmaq üçün həmin şəxslərin adlarına saxta əmək müqavilələri bağlayaraq 2020-ci ilin avqust-dekabr aylarında tamah niyyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə ) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinə göndərilib.

Ruhin Qaraşov təqsirləndirilən şəxs qismində cəlb olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Tarix
2021.06.21 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” oteli…

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla