Yuxarı

Bu şəxslər Azərbaycan vətəndaşlığına qəbul edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 11 nəfər Vətən müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri vətəndaşlığa qəbul edilib.

Axar.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib.

O, Azərbaycanın yeni vətəndaşlarını təbrik edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı sərəncamların icrası olaraq, bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

Xatırladaq ki, bundan əvvəl - bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən daha 20 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

Həmçinin ötən ilin sonunda Tovuz döyüşlərində şəhid olan və Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevna da vətəndaşlıq alıblar.

Tarix
2021.06.21 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla