Yuxarı

ÜGT Siyasi Komissiyasının sessiyası keçirilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜGT Siyasi Komissiyasının sessiyası keçirilib

İyunun 21-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının iki günlük sessiyası öz işinə başlayıb.

Axar.az xəbər verir ki, onlayn formatda keçirilən sessiyada Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ÜGT Şurasının Avropa Regionu üzrə sədr müavini qismində iştirak edib.

Sessiyanın açılışında çıxış edən ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verib, daha sonra isə təşkilatın baş katibi Kunio Mikuriya ÜGT-nin strateji planının icrasına dair tərəqqi hesabatını təqdim edib. Sessiyanın birinci iş günündə, eyni zamanda özəl sektor məşvərət qrupunun hesabatı, ÜGT-nin COVİD-19 fəaliyyət planı, elektron ticarət paketi ilə bağlı müzakirələr aparılıb. Çıxış edənlər COVİD-19 pandemiyası dövründə beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasında, pandemiya ilə mübarizə çərçivəsində dərman vasitələri və tibbi ləvazimatların sürətli şəkildə çatdrılmasında gömrükçülərin xüsusi rol oynadığını vurğulayıb, təşkilatın gələcək strategiyası, prioritet sahələrin inkişafına dair fikir və rəylərini bildiriblər.

Tədbirin ikinci günündə isə ÜGT-nin 2021-2022-ci illər üzrə strateji planı, cari il üzrə vəziyyətin qiymətləndirilməsi, ÜGT-nin biznesin davamlılıq planı, gender bərabərliyi, idarəçilik və s. məsələlərin müzakirəsi nəzərdə tutulur.

Tarix
2021.06.21 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda QH-nin qərargahı yaradılacaq

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Qərar

Bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə!

Ceyhun Bayramov rumıniyalı nazirlə danışdı

Bayramov Pier-İv Fuksu qəbul etdi

Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla