Yuxarı

BMT-nin ali nümayəndəsi Bakıdakı erməni kilsəsində oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-nin ali nümayəndəsi Bakıdakı erməni kilsəsində oldu

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycanda səfərdədir.

Mədəniyyət Nazirliyindən Axar.az-a verilən məlumata görə, Bakıda bir sıra görüşlər keçirən nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edərək, ermənilərin işğal dövründə törətdiyi vandalizmlə yerində tanış olub.

Nümayəndə heyəti səfər çərçivəsində Bakıdakı Müqəddəs Qriqori erməni kilsəsinə də baş çəkib.

Qonaqlara kilsə haqqında məlumat verilib. Bildirilib ki, tolerantlığın yüksək səviyyədə təmin olunduğu Azərbaycanda heç bir ayrı-seçkilik qoyulmadan bütün dini abidələr və ibadət yerləri dövlət tərəfindən qorunur.

Qeyd olunub ki, kilsədə erməni dilində kitablar qorunub saxlanılır. Kitabların arasında bir neçə yüzillik tarixi olan nadir Bibliya nüsxələri də var. Burada saxlanılan kitabların tədqiqat üçün istifadəyə açıq olduğu da diqqətə çatdırılıb.

Vurğulanıb ki, Ermənistan öz ərazisində, eyni zamanda otuz ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, mədəni abidələri, o cümlədən 60-dan çox məscidi dağıdıb, talan edib, bir çox məscid binalarında heyvanlar saxlanılıb. İşğalçılar bununla təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə İslam sivilizasiyasına, dini dəyərlərə barbar münasibətlərini nümayiş etdiriblər.

Ermənistandan fərqli olaraq, Azərbaycan həmişə bütün dinlərə və mədəniyyətlərə tolerant münasibət göstərib. Bakının mərkəzindəki erməni kilsəsinə münasibət də buna nümunədir. Diqqətə çatdırılıb ki, kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir.

Sonra qonaqlar işğaldan azad olunan ərazilərdə Ermənistanın otuz il ərzində məscid binalarına qarşı həyata keçirdiyi barbarlığı əks etdirən fotolardan ibarət sərgiyə baxıblar.

Tarix
2021.06.24 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla