Yuxarı

Bu gömrük əməkdaşlarına xarici dil təlimləri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gömrük əməkdaşlarına xarici dil təlimləri keçirildi

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün 20 may tarixindən 18 iyun tarixinədək onlayn formada keçirilən “İşgüzar ingilis dili bacarıqlarının artırılması” mövzusunda təlimlər başa çatıb. 24 iyun tarixində təlim dinləyicilərinin onlayn formada qiymətləndirilməsi həyata keçirilib.

Axar.az xəbər verir ki, sərhəddə xidmət aparan gömrük əməkdaşlarının xarici dil biliklərinin artırılması məqsədi ilə keçirilən təlimlər xüsusi təlim proqramı əsasında bir ay müddətində hər gün 1.5 saat olmaqla təşkil olunub. Təlim proqramı gömrük əməliyyatları ilə əlaqəli ingilis dili terminologiyası və lüğəti, xidməti fəaliyyət, o cümlədən vətəndaşlarla ünsiyyət zamanı ingilis dili bacarıqları, qrammatikanın sərbəst öyrənmə tapşırıqları vasitəsilə mənimsənilməsi, eyni zamanda gömrük fəaliyyətinə aid mətnləri oxuyub-anlama, müzakirələr zamanı fikir bildirmə kimi sahələri əhatə edib.

Bununla yanaşı, təlimdə ilkin olaraq əməkdaşların ingilis dili bacarıqlarının səviyyəsi və inkişaf etdirilməsi vacib olan sahələri müəyyənləşdirmək üçün diaqnostik test və onlayn sorğudan istifadə edilib. Həmçinin effektiv öyrənmənin təmin edilməsi məqsədilə əməkdaşların xidməti fəaliyyətlərində qarşılaşdıqları mövzuların və dialoqların modelləri qurularaq simulyasiya tapşırıqları yerinə yetirilib.

Təlimlərdə sərhəddə xidmət aparan 15 gömrük xidməti əməkdaşı iştirak edib.

Tarix
2021.06.25 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla