Yuxarı

Bakıda yeni tikililərin sakinləri birləşir – İdarəçilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlik tərəfindən ölkə üzrə dövlət qeydiyyatına alınan MMMC-lərin sayı artıq 8-ə çatıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən Axar.az-a verilən məlumata görə, ölkə üzrə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) yaradılması davam edir.

Məlumata görə, Bakı şəhərinin Yasamal rayonu, Zahid Xəlilov küç., ev 74 ünvanında yerləşən 15 mərtəbəli, 3 bloklu, 112 mənzilli binada rayon üzrə növbəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılaraq qeydiyyat orqanında "Yasamal-4" MMMC adı ilə dövlət qeydiyyatından keçib. Bununla da respublikada dövlət qeydiyyatına alınan MMMC-lərin sayı 8-ə çatıb.

Bununla yanaşı, hazırda Bakı şəhəri və respublikanın digər şəhərlərində çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, MMMC çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi nəticəsində yaradılan idarəetmə üsuludur.

Tarix
2015.07.07 / 13:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla