Yuxarı

Xalqı həftəsonu taksilər soyur, həftəiçi BNA…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalqı həftəsonu taksilər soyur, həftəiçi BNA…

Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq həftəsonları ictimai nəqliyyatın işləməməsini fürsət bilən taksi sürücüləri vəziyyətdən sui-istifadə edərək həm süni qiymət artımı edir, həm də karantin qaydalarını ciddi şəkildə pozurlar. Məsələn, 2 manatlıq taksilər 5 nəfəri eyni vaxtda avtomobilə maskasız mindirirsə, burada sosial məsafədən söhbət gedə bilməz.

Bununla bağlı Axar.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa qeyd edib ki, həftəsonları ictimai nəqliyyatın işləməməsi vətəndaşların hərəkətinə ciddi şəkildə maneə yaradır və taksi sürücülərinin süni şəkildə gediş haqqını artırması insanların büdcəsinə də çox mənfi təsir göstərir.

“Həftəsonları vətəndaşları taksi şirkətləri soyur, həftəiçi BNA. Həftəsonu ictimai nəqliyyat işləmir, amma avtobusun yoluna çıxan avtomobil sürücüsü cərimələnir. Belə absurd olar? Azərbaycan vətəndaşının maddi durumu haqqında danışmağa ehtiyac yoxdur. Buna qarşı vətəndaşlar çox sərt mövqe bildirməlidirlər. Dövlət bununla bağlı tədbirlər görməlidir”, - millət vəkili deyib.

Tarix
2021.08.11 / 08:30
Müəllif
Türkan Camal
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla