Yuxarı

Narkotik satanlar həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotik satanlar həbs edildi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Elşad Mustafayev idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb.

Polis Şöbəsində şəxsi axtarış zamanı ondan bükümlərdə 7 qram, avtomobilə baxış keçirilən zaman isə 144 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Araşdırma zamanı E.Mustafayevin həmin narkotik vasitəni satış məqsədilə üzərində və avtomobilində daşıdığı məlum olub.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Mahamalar kənd sakini İlkin Paraşov saxlanılıb. Ondan da heroin aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2021.09.13 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla